Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Şirin Xarı-bülbül və buta: Dünya Şokolad Günü necə qeyd olunur

Abunə olmaq
Bu gün Sputnik Azərbaycan-ın müxbirləri şokolad şedevrlərinin necə hazırlandığını görmək üçün paytaxtın şirniyyat dükanlarından birinə üz tutdular. Ətraflı - videomuzda.

İyulun 11-i dünyada Şokolad Günü kimi qeyd olunur.

Bu təam o qədər məşhurdur ki, insanlar ona xüsusi gün həsr etmək qərarına gəldilər. Birincisi, şokolad yalnız dadlı deyil, həm də faydalıdır. Tərkibində əhval-ruhiyyəni yaxşılaşdıran serotonin var. Şokolad ürəyin fəaliyyətini stimullaşdırır və infarkt riskini azaldır. Onca qram tünd şokolad uzun müddət aclıq hissini dəf edir və depressiyanı aradan qaldırır. İnsanların çoxu bir az şokolad yedikdən sonra daha yaxşı düşündüklərini iddia edirlər.

Şokaladdan həm də sənət əsəri yaratmaq olar. Bunun sirlərini isə bu işin ustası Kamina Qasımovadan öyrənmək qərarına gəldik. Məlum olduğu kimi, şirniyyatın hazırlanmasına ciddi yanaşmaq lazımdır. Təcrübəli şokoladçılar axan və hamar şokoladdan istifadə edirlər.

Xüsusi olaraq Sputnik Azərbaycan-ın oxucuları üçün Kamina xanım şokoladdan Şuşanın şirin simvolu – xarı-bülbül çiçəyi və Azərbaycanın tanınan ornamentlərindən olan butanı necə hazırladığını göstərdi.

 

Xəbər lenti
0