Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Azad edilmiş gözəl kəndlərimizdən birinin görüntüləri

Abunə olmaq
Erməni işğalından azad olnmuş kəndlərimizdən birinin videogörüntülərini diqqətinizə təqdim edirik.

Qubadlı rayonu ordumuzun uğurlu əks-hücumu nəticəsində 2020-ci il oktyabrın 25-də düşmən işğalından azad edilib. İşğaldan azad edilən kəndlərdən biri də Tarovludur. Bu kənd 27 ildən sonra azadlığına qovuşub.

Vətən müharibəsi

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq başlamış Azərbaycan Ordusunun əks-hücumu başladı.

Oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.

Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.

 

Xəbər lenti
0