Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Marvelin super qəhrəmanları dünyası Paris "Disneyland"ində

Abunə olmaq
Parisdə Marvel kino dünyasının qəhrəmanlarını divarlarında, holl və dəhlizlərində əks etdirən ilk hotelin açılışı olub. Ətraflı videomuzda izləyə bilərsiniz.

Dördulduzlu hotel Nyu-Yorkdakı rəsm qalereyası üslubunda tərtib olunub. Paris "Disneyland"i iddialı rekonstruksiyadan sonra tamamilə yeni görünüş qazanıb. O, artıq “Disney’s New York — The Art of Marvel” adlanır və "Disneyland" ərazisində olan bütün dünyada məşhur, əfsanəvi komiksləri özündə ehtiva edən ilk hoteldir.

Hotel müsafirlərinə tematik tərtibatdan başqa bir sıra yeniliklər də təklif edir. Burada müxtəlif hekayələrin motivləri əsasında hazırlanmış nəhəng komiksləri görmək olar – “Dəmir adam”ın üç kostyumunu, “Amerika kapitanı”nın məşhur qalxanlarını və s.

Hoteldə lüks nömrələr də var. Məsələn, Hörümçək-adam, qonaqların super qəhrəmanların Nyu-York fonunda uçuşunu izləyə biləcəkləri Manhetten üslubunda hazırlanmış bar və restoranlar.

Xəbər lenti
0