Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Rusiya: Krasnodar vilayətinin Primorsko-Axtarsk rayonunu çəyirtkə bürüyüb

Abunə olmaq
Rusiyanın Krasnodar vilayətindəki Primorsko-Axtarsk rayonunun Novopokrovski xutoru Asiya çəyirtkələrinin hücumuna məruz qalıb. Ətraflı videomuzda.

Xutor sakini Praskovya İqruşkina sahil bataqlıq zonasına çəyirtkələrin hücumundan danışıb.

“Birinci dəfədir ki, bizdə belə bir şey baş verir. Düzdür, keçən il də olmuşdu, amma limana yaxın ərazilərdə. Deyirdilər ki, bura kimi gəlib çıxacaq. Heç bir tədbir görmədən gözlədilər, axır ki, bu bəla bizə də gəlib çatdı. Əgər belə getsə, qarşısı alınmasa, yəqin ki, bu, bütün Krasnodar vilayətini bürüyəcək”, – deyə Praskovya öz fikirlərini bölüşüb.

Qadın onu da bildirib ki, çəyirtkə artıq onun əkin sahəsini və bostanını məhv eləyib, qarayoncanın, çuğundurun və qarğıdalının axırına çıxıb. “Sahələrdən desant dəstəsi kimi keçib gediblər. Qarayonca sahəsini alt-üst ediblər, bax, bura əkmişdik. Çuğunduru da, qarğıdalını da məhv eləyiblər. Hər yerdə hoppanıb-düşürlər”.

Mayın 21-dən Primorsko-Axtarsk rayonunun sahil bataqlıq zonasında Asiya köçəri çəyirtkə sürfələri çoxalmağa başlayıb. Primorsko-Axtarsk rayon inzibati ərazi vahidinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda 3200 hektar ərazidə kənd təsərrüfatı sahəsi işlənib və bu, çəyirtkələrin sahələri basmasının və çoxalmasının qarşısını alacaq.

Bundan başqa, mətbuat xidmətindən bildirilib ki, zərərvericilərlə mübarizə üzrə məsuliyyət torpaq sahələrinin istifadəçiləri, mülkiyyətçiləri və icarədarının üzərinə düşür və onlarla bu barədə iş aparılır. Su-mühafizə zonasında pestisidlərin və aqrokimyəvi maddələrin istifadəsi qadağandır. Odur ki, çəyirtkələrə qarşı mübarizəyə yalnız bu zərərvericilərin kənd təsərrüfatı bitkilərinin əkildiyi torpaq sahələrinə daxil olmasından sonra icazə verilir.

Xəbər lenti
0