09:41 28 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9881
  • RUB0.0235
© Sputnik / Ilham Mustafayev

Qazaxda demək olar ki, bütün evlərdə saclar qızdırılır, göy kətəsi hazırlanır. Ətraflı Sputnik Azərbaycan-ın videosunda.

Qazaxda ilin bütün fəsillərində göy kətəsi bişirilir. Amma əlbəttə, yaz fəslində bitən yabanı otlardan, əvəlik, ispanaq və cincilimdən hazırlanaraq sac üstə bişirilən kətələrin dadı bir başqa olur. Çox vaxt bu təamı qohum-qonşu bir yerə yığılaraq bişirirlər.

Yabanı bitkilərdən bişirilən kətələr daha dadlıdır, amma onlar olmayanda ləklərdə mədəni şəkildə bitirilən göyərtilərdən də istifadə etmək mümkündür.

Kətənin içliyi yuxa kimi yayılmış xəmirin içərisinə qoyulub yarımdairə şəklində bükülərək, sacda hər iki üzü qızardılmaqla hazırlanır. Qazax rayon sakini Ülviyyə Xəlilova sacın üstündə hazırlanan kətəni hər kəsin sevərək yediyini deyir.

Qazaxda göyərti kətəsinə soğan, motal şoru və ya pendir də qatılır. Bəzi bölgələrdə cincilimdən əlavə, çuğundur yarpağı, soğan-kartof qarışığı da işlədilir. Elə buna görə də kətənin hazırlanma üsulu bütün bölgələrdə eyni olsa da, yalnız spesifik xüsusiyyətlərinə, içliyin hazırlanmasında istifadə olunan məmulata, ölçüsünə görə bir-birindən fərqlənir.

 

Digər videolar

Əsas mövzular