Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Füzulinin Musabəyli kəndi bu gün necə görünür

Abunə olmaq
1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal olunan Musabəylini 2020-ci il oktyabrın 17-də Azərbaycan Silahlı Qüvvələri işğalçılardan təmizləyib.

BAKI, 30 iyun — Sputnik. Müdafiə Nazirliyi Füzuli rayonunun Musabəyli kəndindən videogörüntülər yayıb.

Sputnik Azərbaycan görüntüləri təqdim edir.

Qeyd edək ki, Musabəyli – Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənddir.

Musabəyli kəndi XIX yüzilin ikinci yarısında yaranıb. 1875-ci ildə Mirzənağılı оbasından, Nüzgar kəndindən, Qaracallı оbasından köçüb gələn ailələr keçmiş Xırdapara-Dizaq mahalının ərazisində məskunlaşaraq kəndin əsasını qoyublar. Kənd Şıx Musa İsmayıl оğlunun şərəfinə Musabəyli adlanıb.

1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal olunan Musabəylini 2020-ci il oktyabrın 17-də Azərbaycan Silahlı Qüvvələri işğalçılardan təmizləyib.

Vətən müharibəsi

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusunun əks-hücuma keçdi.

44 gün davam edən müharibə müddətində - oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.

Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.

Müdafiə Nazirliyinin son məlumatına görə, müharibədə 2841 hərbi qulluqçumuz şəhid olub. 64 nəfər itkin düşmüş sayılır.

44 günlük müharibədə xəsarət alan bütün qazilərin müalicə və reabilitasiyası Prezidentin göstərişi ilə dövlət tərəfindən gerçəkləşdirilir.

Eləcə də oxuyun:

Xəbər lenti
0