10:46 05 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233
© Sputnik / Ilham Mustafayev

O, şəhidlərin abidəsinə təmənnasız olaraq xidmət etməyi özünə borc bilir. Onun əziyyəti sayəsində rayonunun ən böyük kəndindəki xiyaban insanların sıx ziyarət etdiyi məkanlardan birinə çevrilib. Ətraflı videomuzda.

Xiyabanın hazırlanması işlərinə başlanandan burada təmənnasız olaraq çalışan Cəmaləddin Məmmədov işlər tamamlandıqdan sonra əraziyə xidmət etməyi könüllü olaraq öz üzərinə götürüb. Onun burada ürəklə işləməsi sonradan dəyərləndirilərək rəsmiləşdirilib.

Məmmədovun işi səhər erkəndən başlayır. Tezdən oyanaraq xiyabana gəlir, ərazini süpürdükdən sonra oturacaqların, stendlərin tozunu alır, ərazidə hər hansı bir nasazlıq varsa, onu qaydaya salır. Sonra bağban qayçısını götürərək ağacları budayır və suvarır. Bəzən işlərin çox olduğunu deyən C.Məmmədov ailəsini də bu işə cəlb edib. O, nə qədər qolunda qüvvət var, həvəslə bu işi davam etdirəcəyini bildirib.

Xiyabandakı abidədə 44 günlük Vətən Müharibəsində şəhid olan iki Əyyublu sakininin də məlumatları əlavə edilərək Əyyublu kəndindən olan 11 şəhid haqda məlumat yerləşdirilib. Bu abidədə onların adları, doğum və şəhadət tarixləri, şəkilləri yer alıb. 0,15 ha ərazidə salınan xiyabanı 60 ədəd sərv ağacı əhatə edir.

 

Digər videolar

  • Hadisə yerində FHN yanğınsöndürmə maşınları
    Last update: 15:28 04.08.2021
    15:28 04.08.2021

    Fövqəladə Hallar Nazirliyi əməliyyat görüntüləri yayıb

    Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumlar tərəfindən ötən sutka ərzində 86 yanğına çıxış və 9 halda köməksiz vəziyyətdə qalma faktı üzrə əməliyyatlar həyata keçirilib.

    28
  • Last update: 14:00 04.08.2021
    14:00 04.08.2021

    Sapbord sürən koker-spaniel sosial şəbəkənin ulduzuna dönüb

    Çelyabinskdə Amerika koker-spaniel cinsindən olan it sapbord sürməklə hamını heyran edib. O, su gəzintisinə sahibi ilə birlikdə çıxır. Qeyri-adi komandanın məşqini videoda izləyin.

    11
  • Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üzrə imtahanları keçirilir
    Last update: 18:49 03.08.2021
    18:49 03.08.2021

    Zabit olmaq istəyənlər hansı imtahanlardan keçirlər

    MAXE olmaq üçün verilən imtahanın şəffaf və obyektiv keçirilməsinə nəzarət əsasən Vətən müharibəsi təcrübəsinə malik zabit heyətindən təşkil edilmiş Qəbul komissiyası tərəfindən həyata keçirilir.

    38
  • Manat, arxiv şəkli
    Last update: 14:59 03.08.2021
    14:59 03.08.2021

    Dövlət Vergi Xidməti yeni videotəlimat hazırlayıb

    "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması" barədə elektron ərizənin doldurulması qaydası və "Vahid Elektron Lövhə"nin tətbiqi barədə məlumat” təlimatı hazırlanıb.

    14

Əsas mövzular