Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Sankt-Peterburqda qeyri-adi musiqili heykəl yaradıldı

Abunə olmaq
Rusiyanın Sankt-Peterburq şəhərindəki “Sevkabel Limanı” ərazisində metal çubuqlar və küləyin köməyi ilə melodiya çalan radiostansiya formasında heykəl yaradılıb. Ətraflı videomuzda.

Külək əsəndə bir-birinə toxunan 144 metal çubuqdan ibarət bu retro radio qəbuledicidən Neva sahillərinə bənzərsiz melodiya yayılır.

Heykəli yaradanlar bildirirlər ki, süni intellekt alqoritmləri və elektromaqnit mexanizmi texnologiyası sayəsində heykəldən çıxan səslər elektron melodiyaya çevrilir.

"Küləyin təsiri altında hərəkət edən metal komponentlər titrəmə yaradır, sensorlar bu siqnalları alaraq neyron şəbəkəsinə daxil olurlar. Neyron şəbəkəsi daim müxtəlif musiqi əsərlərindən müvafiq parçaları mənimsəyərək yadda saxlayır və onları aranjeman edir. Beləliklə səslənən musiqi heç vaxt təkrarlanmır”, – deyə Sankt Peterburq Dövlət Elektrotexnika Universitetinin (LETİ) elm və təhsil istiqamətləri üzrə rəhbəri Mixail Kupriyanov bildirib.

Belə qeyri-adi üsulla yaranan musiqi kompozisiyalarını yalnız  “Sevkabel Limanı” əraizində deyil, eləcə də LETİ Universitetinin saytında onlayn olaraq dinləmək mümkündür.

Xəbər lenti
0