01:06 01 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
© Sputnik / Ibrahim Hashimov / /Gulnar İbrahimova

Yevlax-Zaqatala yolundakı lavanda tarlaları böyük bir fotostudiyanı xatırladır. Paytaxt Bakıdan və digər bölgələrdən insanlar bu gözəlliyi öz gözləri ilə görmək, lavandaların ətrini duymaq üçün bura üz tuturlar.Ətraflı videomuzda.

Sputnik Azərbaycanın çəkiliş qrupu Zaqatalada qeyri-adi gözəlliyə və ətrə malik lavanda sahələrini lentə alıb. Gürcüstan sərhədinə yaxın ərazidə, Yevlax-Zaqatala yolundakı lavanda tarlaları böyük bir fotostudiyanı xatırladır. Paytaxt Bakıdan və digər bölgələrdən insanlar bu gözəlliyi öz gözləri ilə görmək, lavandaların ətrini duymaq və əlbəttə ki, fotoaparatın yaddaşına köçürmək üçün bura üz tuturlar.

Azərbaycanda lavanda sahələri cəmi bir neçə il əvvəl salınsa da, artıq yaxşı nəticə əldə etmək mümkün olub. Sahələrə giriş pulsuzdur.

Sputnik Azərbaycanın bölgə müxbiri bura üz tutan turistlərlə söhbətləşib.

"İlk dəfədir belə lavanda sahəsi görürəm. Heç xəbərim yox idi ki, Azərbaycanda belə bir yer var. Lavandalar möhtəşəmdir, ətirlərinə də söz ola bilməz! Bakıdan məhz bunun üçün gəlmişəm. Çünki, lavandaları çox sevirəm", – onlardan biri belə deyir.

Azərbaycanda yetişdirilən lavanda sortu Zaqatalaya Bolqarıstandan gətirilib və 36 hektar ərazidə əkilib. İldə iki dəfə məhsul götürülür. Aqronomlar bildirirlər ki, lavandalar yığılandan sonra xarici bazarlara tədarük olunur.

Hazırda lavandadan yalnız yağ alınır, amma gələcəkdə başqa məhsullar əldə etmək də planlaşdırılır.

 

Digər videolar

Əsas mövzular