Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Zəngilanın dağ kəndi Sarılı Xəştabdan möhtəşəm görüntülər yayıldı

Abunə olmaq
Azərbaycanın Müdafiə Nazirliyi işğaldan azad edilmiş Zəngilan rayonunun Sarılı Xəştab kəndindən çəkilmiş ən son videogörüntüləri ictimaiyyətə təqdim edib.

Müdafiə Nazirliyi Zəngilan rayonunun Sarılı Xəştab kəndindən yeni çəkilmiş videogörüntüləri yayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Sarılı Xəştab Azərbaycan Respublikasının Zəngilan rayonunun Yeməzli kənd inzibati ərazi dairəsində yerləşən kənddir.

Sarali Xəştab kəndi dağlıq ərazidədir. Kəndin adı 1933-cü ildə Sarallı Xəştab kimi qeydə alınıb. Oykonimin birinci komponenti sarallı tayfasının adını, ikinci komponenti isə bu tayfaya məxsus qışlağın adını əks etdirir.

Mənbələrdə bu tayfanın adı sarıalılı kimi qeyd olunub. Sarıalılı orta əsrlərdə Qarabağda və Zəngəzurda yaşamış Azərbaycan ellərindən biridir. XIX əsrin ortalarında Zəngəzur qəzasında yaşayan bu tayfaya məxsus Sarallı kənd icmasina daxil olan Ağqaya, Almalıq, Girmik, Şordərə, Mollalı, Siznaq, Faroe, Xəştab və Xilic adlı qışlaqlar, Zor, Berdaş, Giramsan, Gard, Aqadi (Mehralı), Xoştanak və Bayşam adlı yaşayış məntəqələri olub.

Kənd 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə Azərbaycan ordusu tərəfindən işğaldan azad edilib.

Sputnik Azərbaycan kənddən çəkilmiş ən son görüntüləri təqdim edir.

Xəbər lenti
0