Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Möhtəşəm açılış: Bu gündən etibarən hər kəs məscidlərə gedə biləcək

Abunə olmaq
Məscid və ziyarətgahların fəaliyyəti bərpa olundu. İnsanlar buna necə münasibət bildirdilər. Daha ətraflı Sputnik Azərbaycan-ın videosunda.

Azərbaycanda bu gündən məscid və ziyarətgahların fəaliyyəti bərpa olundu. Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi tətbiq edildiyindən məscidlər fəaliyyətini dayandırmışdı.

Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 26-da qərar qəbul edərək, iyunun 10-u saat 00.00-dan etibarən dini ibadət yerlərinin fəaliyyətinə eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla icazə verdi. Beləliklə, tibbi maska taxmaq və sosial məsafəni gözləmək şərtilə bütün məscidlərdə camaat namazının qılınması mümkün oldu.

Məscid və digər ibadət yerlərinə gələn şəxslər mütləq COVID-19 pasportunu (peyvənd vurulmasına dair və ya immunitet sertifikatını) təqdim etməlidirlər. Sputnik Azərbaycan-ın çəkilişləri zamanı COVID pasportlarının yoxlandığının şahidi olmadıq.

İbadət yerində olarkən insanların arasındakı məsafə dörd bir tərəfdən minimum 1,5 metr, sahə imkan verdikdə isə daha çox olmalı, məsciddə ibadət etmək istəyən şəxslər təharətli olmalı, dəstəmaz zərurəti yarandıqda onlar öz şəxsi dəsmallarından istifadə etməli, özləri ilə səccadə və möhür gətirməlidirlər. Məscidlərin imamları, icma sədrləri və digər ibadət yerlərinin məsul şəxsləri bu qaydaların icrasına nəzarət etməlidirlər.

Xəbər lenti
0