20:36 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
© Ruptly

Rusiyanın şimal paytaxtında start götürən illik Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda qonaqları və tədbir iştirakçılarını müasir texnologiyalar dünyasının yenilikləri ilə təəccübləndiriblər. Ətraflı videomuzda.

Yeni icadlar arasında robot-dezinfektorları, mexaniki it və görmənin qismən bərpasına imkan verən neyroimplant da var idi.

"Er-Telekom" şirkətinin istehsalı olan mexaniki it sərgi kompleksi boyunca qaçaraq komandaları yerinə yetirmək və mayallaq aşmaq bacarığı ilə iştirakçıları heyran edib.

"Sbera"ya məxsus robot-dezinfektor isə öz növbəsində, magistral xətlər boyunca hərəkət edərək ərazinin təmizliyi üçün məqam gözləyirdi.

Mexanizm ultrabənövşəyi lampalardan istifadə etməklə havanı və səthləri bakteriya və mikroorqanizmlərdən təmizləyir. Çevik sazlama sayəsində robot, demək olar ki, hər bir məkanı dezinfeksiya edə bilər.

"Bu mexanizm prinsipcə istənilən tip və genişlikdə məkanlar üçün nəzərdə tutulub. Bir orta böyüklükdə, məsələn, 50 kvadratmetrlik otağın təmizlənməsinə 10 dəqiqə vaxt tələb olunur", – deyə şirkətin nümayəndəsi məlumat verib.

Süni görmə sistemini işləyib-hazırlayan "Sensor-Tex" laboratoriyasının mütəxəssisləri zəif görən insanlar üçün ELVIS adlı neyroimplantı təqdim edərək bu innovativ qurğunun iş prinsipini nümayiş etdiriblər.

"Kameralar gözləri əvəz eləyir. Onların köməyi ilə təsvir birbaşa beyinə göndərilir. Yəni, bir növ kameralardan beyinə yayımlanır", – deyə şirkətin nümayəndəsi bildirib.

Digər videolar

Əsas mövzular