Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Voronejdə 1941-1943-cü illərə aid kütləvi məzarlıq aşkarlandı

© Sputnik / Ulyana Solovyeva / Mediabanka keçidАрхеологический раскопки, фото из архива
Археологический раскопки, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.06.2021
Abunə olmaq
“DON” axtarış birləşmələri Voronej vilayətinin Luşnikovka kəndində hərbi əsirlər üçün keçmiş “Dulaq 191” düşərgəsinin yerində həlak olmuş 640 nəfərin meyitinin qalıqlarını aşkarlayıblar.

“DON” axtarış birləşmələri Voronej vilayətinin Luşnikovka kəndində hərbi əsirlər üçün keçmiş “Dulaq 191” düşərgəsinin yerində həlak olmuş 640 nəfərin meyitinin qalıqlarını aşkarlayıblar.

Çərşənbə axşamı çəkilmiş kadrlarda qazıntı prosesi öz əksini tapıb. Kadrlardan insan meyitlərinin qalıqları ilə yanaşı, şəxsi əşyalar, o cümlədən dörd medalyon və üstündə soyad yazılmış bir qaşığın tapıldığı da görünür.

“DON” birləşməsinin rəhbəri Mixail Seqodinin sözlərinə görə, axtarışçılar bazar ertəsi günü Luşnikovka kəndindəki 17 məzardan birində işi başa çatdırıblar. Onlar tezliklə yeni kəşfiyyat əməliyyatlarına başlamağı da planlaşdırırlar.

Qeyd olunur ki, 1942-1943-cü illərdə bu yerdə sovet hərbi əsirlərinin “Dulaq-191” tranzit düşərgəsi yerləşib. Onun yaxınlığında isə qadınlar və uşaqlar üçün ayrıca düşərgə olub ki, orada da ən az 8,5 min nəfər həlak olub.  Faşistlər, ümumilikdə Voronej vilayətində 17 hərbi əsir düşərgəsi yaradıblar ki, orada saxlanılan 70 min nəfərdən 10 min nəfəri həlak olub.

Bu qazıntılar Sovet İttifaqının dinc əhalisinin faciəsinin tarixi yaddaşını qorumağa yönəldilmiş "Vaxtı keçməyən cinayətlər” ümum-Rusiya layihəsi çərçivəsində həyata keçirilir.

Xəbər lenti
0