Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Kəlbəcərin qeyri-adi adlı kəndi - VİDEO

Abunə olmaq
Kəndin ərazisində qədim albanların «Lök» adlı bir qalası var. «Lök» sözü el arasında «Löy» səslənir. Lök və Löy sözləri tədricən assimliyasiya olunaraq Lev şəklinə düşüb.

BAKI, 3 iyun — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Lev kəndindən videogörüntülər paylaşıb.

Sputnik Azərbaycan görüntüləri təqdim edir.

Lev kəndi Lev çayının sahilində, Burovar silsiləsinin ətəyindədir. Tam adi Levkənddir. Kəndin adı oradakı Lev (və ya Leh) adlı qədim qalanın adındandır. Qala Tərtər çayının sahilində, sıldırım qaya üstündədir. Xalq arasında qala Lev (Ləkərqişlaq) Loktim də adlanır. Qalanın adı XII əsrdən məlumdur. Bəzi tədqiqatlara görə, lev fars dilindəki ləb sözündən olub “dodaq”, məcazi mənada “dag çıxıntısı, irəli çixmiş qaya” mənasındadır. 

Kəndin ərazisində qədim albanların «Lök» adlı bir qalası var. «Lök» sözü el arasında «Löy» səslənir. Lök və Löy sözləri tədricən assimliyasiya olunaraq Lev şəklinə düşüb.

Üçtərəfli bəyanat

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0