Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Leninqrad vilayətində qədim slavyan simvolu formasında ağac əkiblər

Abunə olmaq
Könüllülər Leninqrad vilayətindəki Qonqiniçi kəndində, gölün sahilindəki boş sahəyə qədim slavyan simvolu formasında şam ağacı fidanları əkiblər. Ətraflı videomuzda

 

Ötən şənbə günü bu nəhəng heroqlif havadan, quş uçuşu səviyyəsində lentə alınıb. Kadrlarda sahədəki naxışın xətləri dairəyə alınmış səkkizguşəli ulduzu xatırladır. Başqa sözlə, bu mənzərə qədim slavyanlarda bir növ talisman rolunu oynayan "alatır" simvolunu təkrarlayır.

KİV-də gedən məlumata görə, talada bu naxışı yaratmaq üçün 1500 şam fidanı lazım gəlib. Könüllülər iki gün işləməli olublar.

“Əvvəl sadəcə şam ağacları əkmək istəyirdik, sonra fikirləşdik ki, yaxşı budur, hər hansı bir simvolu əks etdirək. Və qərara gəldik ki, slavyanlara xas simvol olsun. Bu, bolluq, rifah rəmzidir. Həyatımızda hər şeyin qaydasında olmasını simvolizə edir”, – deyə yerli sakin Yeqor Dariçev bildirir.

Medianın Rusiya Meşə İdarəetmə Şurasının mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, heroqlifin uzunluğu 55 metrdir. Ağaclar boy atıb yaşıllaşanda naxış hətta kosmosdan da görünəcək. Könüllülər ümid edirlər ki, bu qeyri-adi rəsm balaca, qədim Qonqiniçi kəndinin qorunub saxlanmasına və turistlərin buraya cəlb olunmasına öz töhfəsini verəcək.

Xəbər lenti
0