19:24 15 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0567
  • RUB0.0236
© Sputnik / Kamilla Əliyeva /Gülnar İbrahimova/Taleh Mahmudov

Bakı sakinləri yeddi ay sonra açıq havada maska rejiminin ləğvini necə qarşılayıblar – Sputnik Azərbaycan-ın süjeti.

 

Bu gündən etibarən Azərbaycanda açıq havada maska taxmamaq olar. Maska taxmaq məcburiyyəti yalnız qapalı yerlər üçün qüvvədə qalır: ofislər, ticarət obyektləri və ictimai nəqliyyatda maska taxmaq əvvəlki kimi məcburidir.

Sputnik Azərbaycan paytaxtın mərkəzi küçələrində nə müşahidə edib? Şəhər sakinlərinin açıq havada maska rejiminin ləğvi barədə qərarı çoxdan gözləməsinə rəğmən, onlar bu qərarı birmənalı qarşılamayıblar.

Kimsə hələ bu günə qədər də virusdan ehtiyatlanır, kimsə maskanı çənəsinə endirib, əksəriyyət maskada gəzməkdə davam edir, bəziləri isə cərimə olunmaqdan qorxurlar.

Xatırladaq ki, qapalı məkanlarda maska rejimi Azərbaycanda 2020-ci ilin iyunun 1-də qüvvəyə minib. Bir müddət sonra, ötən ilin noyabrın 21-də hökumətin qərarı ilə maskaların hər yerdə, o cümlədən açıq havada taxılması mütləq elan olunub.

 

Digər videolar

Əsas mövzular