13:45 18 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
© Ruptly

Yerli iş adamı Tevton ordeninə aid 600 illik tarixə malik qəsri bərpa edib, orada açıq hava altında muzey açmaq üçün onu icarəyə götürüb. Ətraflı videomuzda

“Mən belə deyərdim, bu, Orta əsrlərə aid ictimai ayaqyoluna çevrilmişdi. Nəyə görə Orta əsrlərə aid? Çünki, hətta yerli evsiz-eşiksiz bomjlar da bura gəlmirdilər. Yəni, bura sadəcə bir zibillik idi, böyük bir zibillik. Onun həm içində, həm də çölündə ağaclar bitirdi, hər yer zir-zibil, kərpiclə dolu idi. Bir sözlə, bu, zibillik idi”, - deyə Neman şəhərində yerləşən restoran-mehmanxana kompleksinin sahibi İvan Artüx xatırlayır.

2019-cu ildə bu iş adamı Rusiya Pravoslav Kilsəsinə məxsus Orta əsrlərə aid qəsrin xarabalığını icarələyib. İş adamının məqsədi qəsrə onun keçmiş əzəmətini qaytarmaqdır, lakin əvvəllər olduğu kimi, istehkam məqsədləri üçün deyil, turizm məqsədləri üçün.

Yerli diyarşünas Yevgeni Qulkinin sözlərinə görə, Tevton ordeni Neman çayı boyunca qəbilələri özünə tabe etdirdikdən sonra Prussiyaya məxsus torpaq istehkamlarının yerində həmin qəsri inşa edib.

“XIV əsrin sonunda isə, ordenin (Tevton) əsas rəqibi olan Litva knyazlığı Polşa ilə birləşdikdən sonra, yəni ilk ittifaqı, birliyi yaratdıqdan sonra, orden burada daha ciddi bir istehkam, yəni daşdan qəsr tikmək qərarına gəlir”, - deyə o bildirib.

Nəticədə divarlarının uzunluğu 59 m, hündürlüyü isə 3 m olan kvadrat tikili meydana çıxıb. Qəsrin zirzəmi və gizli tunelləri cəngavərlərə litvalıların hücumlarını dəf etməyə imkan verib. Qala divarları çoxlu yanğınlara məruz qalıb, otaqlar yenidən tikilib. XX əsrin ikinci yarısında isə rejissor Aleksey German “Müharibəsiz iyirmi gün” filminin çəkilişi üçün divarlardan birini partlatdıraraq dağıdıb.

Digər videolar

Əsas mövzular