21:06 15 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0567
  • RUB0.0236
© Ruptly

Gürcüstanın Pasanauri kəndində qeyri-adi səma altında muzey - retro avtomobillər qəbristanlığı var. Ətraflı - videomuzda.

 

Üzümlü avtomobil qəbristanlığı daha çox Gürcüstan Hərbi Yolu kimi tanınan Tiflislə Vladiqafqazı birləşdirən magistralın bir kənarında yerləşir. Muzey tərk edilmiş kimi görünür - maşınların əksəriyyəti pasla örtülüb, boyası gedib, salonlarının içərisində hətta ot cücərib.

Kolleksiyanın sahibi Cimşer Pataşuri müsahibəsində bildirib ki, köhnə maşınlara heç bir marağı yox imiş: "Bir nəfər köhnə bir Willys ("QAZ 67") verəndə həvəsləndim. Sonra bu maşınları toplamağa başladım və bu gün 120 maşınım var. Bütün avtomobilləri orijinal görünüşündə saxlamaq istəyirəm".

Kolleksiyadakı ən qeyri-adi eksponat tankdır. Muzeyin sahibinə hədiyyə edilib. İstifadə olunmuş avtomobil qəbristanlığının sahibi ziyarətçilərin sayının artmasını istəyir, insanlar qeyri-adi muzeylə maraqlanırlar. Cimşer Pataşuri pandemiya bitdikdən sonra planlarının həyata keçəcəyinə ümid edir.

Digər videolar

Əsas mövzular