01:00 19 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
© Sputnik / Gulnar Ibrahimova / Taleh Mahmudov /Gülnar İbrahimova

Ənənəvi “Muzeylər gecəsi”ndə azərbaycanlılar caz-rok konsertinə tamaşa ediblər. Bunun necə baş verdiyinə videoda tamaşa edin.

Azərbaycan Milli Xalça Muzeyi Beynəlxalq Muzeylər Günü münasibətilə onlayn formatda silsilə tədbirlər keçirib. Rok və caz kollektivlərinin çıxışı isə “Muzeylər gecəsi” beynəlxalq aksiyasına həsr olunmuş günün parlaq sonluğu olub.

Tədbirdə “The Etude Band”, “Caz Band” kimi rok və caz kollektivləri, habelə ifaçılar Milan, Mixail Altuxov, Joseph Abbas da iştirak ediblər. Tədbir muzeyin Facebook şəbəkəsindəki rəsmi səhifəsində, habelə Zoom proqramı vasitəsilə yayımlanıb.

Beynəlxalq Muzeylər Günü 1977-ci ildən qeyd olunur. Bu barədə qərar Beynəlxalq Muzeylər Şurasının (International Council of Museums - ICOM) Moskva və Sankt-Peterburqda keçirilən 11-ci baş konfransında qəbul olunub.

Dünya muzey ictimaiyyəti üçün vacib olan bu tarixin təsis olunması barədə qətnamə 1977-ci ildə Moskvada keçirilən ICOM  Baş Assambleyasının iclasında qəbul olunub. Hər il mayın 18-də həmçinin beynəlxalq “Muzeylər gecəsi” aksiyası da keçirilir.

Digər videolar

Əsas mövzular