21:07 17 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0390
  • RUB0.0235
© Sputnik

Onu hər zaman gülüşü ilə xatırlayacağıq. Arif Quliyevin Sputnik Azərbaycan-ın studiyasında qonaq olduğu günü xatırladığımız kimi...

Gülüş, komediya, zarafat dedikdə Arif Quliyev ilk ağla gələn insanlardan idi.

Sputnik Azərbaycan xəbər verir ki, hər kəsi güldürməyi bacaran Arif Quliyev bu gecə bütün sevənlərini məyus etdi. Ötən ay dünyanı cənginə almış koronavirus bəlası Arif Quliyevdən də yan keçmədi. Vəziyyəti ağır olan aktyor süni tənəffüs aparatına qoşulmuş, ağciyərlərinin doxsan faizi buzlaşmışdı. Uzun müddət vəziyyəti kritik olan sənətkar mayın 7-nə keçən gecə əbədi olaraq gözlərini yumdu.

Məlumat üçün bildirək ki, Arif Quliyev 1950-ci ildə Əli-Bayramlı şəhərində (indiki Şirvan) anadan olub. Xalq artisti bir çox teatr tamaşaları ilə yanaşı, "Şans", "Bığ əhvalatı", "Qaynana", "Lift əhvalatı", "Yarımştat", "Evləri köndələn yar" və başqa teletamaşalarda oynadığı rollar ilə tamaşaçıların rəğbətini qazanıb. O bundan başqa, "Bəyin oğurlanması", "Yaramaz", "Bəxt üzüyü", "O dünyadan salam", "Qəm pəncərəsi", "Mənim ağ şəhərim", "Alma almaya bənzər", "Ağ gəmi", "Axırıncı dayanacaq" kimi bədii filmlərdəki obrazları ilə yaddaşlara həkk olunub.

Xalq artisti 2006-cı ildə teatrdakı qazandığı uğurlara görə "Qızıl Dərviş", 2012-ci ildə "Zirvə" mükafatına, 2014-cü ildə sənətkar medalına layiq görülmüşdü. Prezident təqaüdçüsü idi.

Digər videolar

Əsas mövzular