QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağa dair üçtərəfli razılaşmanın yerinə yetirilməsi ləngiyir – Rusiya ekspertlər

Abunə olmaq
Rusiyanın siyasi və ekspert ictimaiyyətinin nümayəndələri Azərbaycanın işğaldan azad olunmuş Ağdam rayonuna səyahət ediblər. Onlar öz təəssüratlarını Sputnik Azərbaycan-da bölüşüblər.

Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində azad olunmuş rayonlarına çoxsaylı, o cümlədən əcnəbi nümayəndə heyətlərinin səfərləri həyata keçirilir. Ötən həftə Rusiyanın siyasi və ekspert ictimaiyyətinin nümayəndələri Azərbaycanın işğaldan azad olunmuş Ağdam rayonuna səyahət edərək regionlara Ermənistan SQ tərəfindən uzun illər ərzində işğal dövründə dəymiş zərəri əyani surətdə görüblər.

Yaranmış yeni şəraitdə Rusiya-Azərbaycan münasibətlərinin necə inkişaf edə biləcəyi, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin ötən ilki üçtərəfli bəyanatının həyata keçirilməsi prosesini ləngidən amillər barədə Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin təşkil etdiyi mətbuat konfransında məşhur rusiyalı siyasətçi və ictimai xadimlər danışıblar.

 

Xəbər lenti
0