QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Rusiya istehkamçıları Qarabağda bir sutkada 12 ha ərazini minalardan təmizləyib – VİDEO

Abunə olmaq
Rusiya sülhməramlıları Qarabağ ərazisində təhlükəli partlayıcı vasitələrin zərərsizləşdirilməsi işini davam etdirirlər. Bu prosesin necə baş verdiyini videomuzdan izləyin.

Rusiya könüllüləri Azərbaycanın Qarabağ regionunda bir sutkada 12 hektar ərazini minalardan təmizləyib. Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə nazirləri hər iki ölkə ordularının avtomatlaşdırılmış idarəetmə sistemlərinin birgə fəaliyyətlərini izləyiblər - Sputnik Azərbaycan, 1920, 07.04.2021
VİDEO
Orduların avtomatlaşdırılmış idarəetmə sistemlərinin birgə fəaliyyəti izlənilib - VİDEO

Yayılan videogörüntülərdə sülhməramlılar əkin sahələrini minalardan, partlayıcı maddələrdən və partlamamış hərbi sursatlardan təmizləyirlər.

Rusiya sülhməramlı kontingentinin bölgədə monitorinqi və atəşkəsə riayət olunmasına nəzarəti gecə-gündüz davam etdirdiyi də bildirilir.

Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, 23 noyabr 2020-ci il tarixindən bu günə kimi Ermənistan silahlı qüvvələrinin uzunmüddətli işğalından azad edilmiş Azərbaycan bölgələrindəki 1912 hektar ərazi və 587 kilometr uzunluğunda yollar partlamamış hərbi sursatlardan təmizlənib. Ümumilikdə mütəxəssislər 25,4 min partlayıcı obyekt aşkar edərək zərərsizləşdiriblər.

Xəbər lenti
0