QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İƏT-in nümayəndələri Ağdamda gördüklərindən dəhşətə gəliblər - VİDEO

Abunə olmaq
İƏT-in Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri Ağdama səfər ediblər. Onlar Ağdamda erməni vəhşiliklərinin şahidi olublar.

Nümayəndə heyəti Ağdam şəhərindəki avtovağzal və texniki peşə məktəbinin binalarının qalıqlarına baxış keçirib, sonra Ağdam Cümə məscidində olub. Xarici qonaqlar erməni işğalçılarının məsciddə, eləcə də məscid ətrafında törətdikləri vandallıqların şahidi olublar. Onlara ermənilərin işğal müddətində burada törətdikləri müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etmələri barədə ətraflı məlumat verilib.

Ermənilərin Gəncədə törədikləri müharibə cinayətləri, insanlığa sığmayan vəhşilik - FOTO >>

Diplomatlar Ağdam Cümə məscidində namaz qılıb, Ağdamın I Şəhidlər xiyabanını, “İmarət” kompleksini ziyarət ediblər.

Səfərin necə keçdiyini Sputnik Azərbaycan-ın videosunda izləyin.

Xəbər lenti
0