05:48 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
© Sputnik / Rashad Keremoglu / Kamilla Əliyeva

Qobustanda torpaq sürüşməsi səbəbindən​ evlər qəzalı vəziyyətə düşüb. Ərazidə sürüşməyə son günlər​ yağan qar və yağış​ sularının səbəb olduğu ehtimal edilir.

Hadisə Qobustanın Cəyirli kəndində​ qeydə alınıb. Yerli sakinlərin sözlərinə görə, torpaq sürüşməsi nəticəsində kənd ərazisində 40-dan çox evin divarlarında irili-xırdalı çatlar əmələ gəlib.

Bir neçə evin tavanında, döşəməsində, yardımçı tikililərdə xırda çatlar genişlənərək iri yarğanlar yaranıb. Bundan əlavə​, iki fərdi yaşayış evi tam qəzalı vəziyyətə düşüb.

Ətraflı videomuzda izləyin.

Teqlər:
qəzalı vəziyyət, evlər, Qobustan, torpaq sürüşməsi

Digər videolar

Əsas mövzular