QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Müharibə qəhrəmanları yenidən ayağa qalxa biləcəklər: Bakıda protezləşdirmə prosesi

Abunə olmaq
İkinci Qarabağ müharibəsi qazilərinin protez-mulyajlarla təchizatı davam edir. Protezləşdirmə prosesinin necə həyata keçirildiyi barədə daha ətraflı videomuzda.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Protez-Ortopedik Bərpa Mərkəzində gecə-gündüz qızğın iş gedir. Məqsəd üçüncü və dördüncü nəsil yüksək texnologiyalar əsasında hazırlanmış bionik protezlərlə təchiz edilmiş İkinci Qarabağ müharibəsi qazilərini ayağa qaldırmaqdır.

Mürsəlov Fərhad  - Sputnik Azərbaycan, 1920, 20.01.2021
Qaziyə yüksək texnologiyalı protez hazırlanır

Mərkəzin istehsalatın keyfiyyətinə nəzarət və idarə olunması üzrə mütəxəssisi Kənan Pirizadənin sözlərinə görə, artıq qazilərimizdən on üç nəfər protezlə təchiz edilib, təxminən on nəfər isə növbədədir.

"Qazilərimizi hər şeydən çox bərpa prosesinin necə gedəcəyi, normal şəkildə ayağa qalxmaları, gələcəkdə protezə necə qulluq etmək lazım gəldiyi kimi məsələlər narahat edir. Mütəxəssislərimiz onlara bu prosesi başa salmaq, kömək etmək üçün gecə-gündüz çalışmağa hazırdırlar", – deyə Pirizadə bildirib.

Protezlə təchizat çox çətin prosesdir, çünki əvvəlcə yara sağalmalıdır, yalnız bundan sonra protez qoyulur və onunla addımlamaq üçün məşqlər başlayır. Məhz buna görə də indiyə kimi nisbətən az sayda protez qoymaq mümkün olub. Əgər insan hər iki aşağı ətrafını itiribsə, bu zaman proses iki ayaqda da aparılır.

Hazırda mütəxəssislər köhnəlmiş vasitələrlə protezləşdirmədən uzaqlaşmaqdadırlar. Bu səbəbdən də qol protezlərində belə bionik vasitələrdən istifadə olunur.

Müharibədə yaralanmış hərbçilərin müalicə və reabilitasiya prosesi davam edir. Qəhrəmanların öz dili ilə desək, bu məsələdə nikbin əhval-ruhiyyəyə köklənmək və daxili inam uğurlu nəticənin yarısı hesab oluna bilər.

Xəbər lenti
0