04:57 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
© Sputnik / Ilham Mustafa / Səbinə Əsədova

Bu insanlar üçün yaşayış məntəqələrindən kənarda, elektrik enerjisi və müasir kommunikasiyalarsız həyat artıq çoxdan adiləşib. Çobanın həyatı haqqında - videomuzda.

Azərbaycanın bir neçə rayonunu əhatə edən Ceyrançöl düzü qədim zamanlardan çobanların qışlaq yeri hesab olunur. Bu ucsuz-bucaqsız düzlərdə diqqəti çəkən yeganə şey sonsuz fermalardır.

Yaşayış məntəqələrindən kənarda, elektrik enerjisi və müasir məişət texnikası olmadan yaşayış bu fermalarda yaşayan insanlar üçün adiləşib. Çobanlar hər gün heyvan-qaranı örüşə çıxarır, özləri isə mövsümi işləri yerinə yetirirlər. Qaş qaraldıqda onlar istirahətə çəkilir, özlərinin və heyvanlarının təhlükəsizliyini isə etibarlı köməkçilərinə - köpəklərə etibar edirlər.

Qoyunların balalama dövrü başladıqda isə çobanların iş yükü xeyli artır və bu dövr çox mürəkkəb hesab olunur. Bundan əlavə, ac yırtıcı heyvanlar da sürülərə hücum etmək üçün fürsət axtarır.

Çoban Ceyhun Nuriyev deyir ki, sürünün təzə doğulmuş quzularla bir yerdə otlaması təhlükəlidir.

“Biz onları ayrı saxlayırıq. Bu dövrdə yeganə problem canavarlardır. Demək olar ki onlar hər gün sürüyə basqın edirlər. Biz köpəklərin köməyi ilə müdafiə olunuruq. Lakin heç kim təhlükədən sığortalanmayıb”, - deyə çoban bildirib.

Çoban itlərinin vəzifəsi sadiq olmaq və sürünü qorumaq, axşam isə öz sahibindən isti yemək almaqdır. Hər bir ferma sürünün mühafizəsi üçün ona qədər it ayırır və onların sayıqlığı sayəsində heyvan-qara yırtıcıların hücumlarından qorunurlar.

Çobanlar sürünü fermaya qaytardıqdan sonra istirahət vaxtı başlayır.

Çoban Zülfüqar Ömərov on altı yaşından qoyun otarır və ailəsi ilə birlikdə düzdə yaşayır. O deyir ki, bu cür həyata öyrəşib. Son hadisələrdən və xəbərlərdən agah olmaq üçün isə onlar ailəlikcə qonşu fermaya gedir və orada radioya qulaq asır və ya televizora baxırlar.

Digər videolar

Əsas mövzular