Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

İşğaldan azad edilmiş daha bir kəndimiz - Ağtəpə - VİDEO

Abunə olmaq
Erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Ağtəpə kəndindən görüntülər yayılıb. Vandalların viran etdiyi kənddə evlərin içində ağaclar bitib.

BAKI, 21 mart — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad edilmiş Cəbrayıl rayonunun Ağtəpə kəndindən videogörüntülər yayıb.

Sputnik Azərbaycan görüntüləri təqdim edir.

Ağtəpə Cəbrayıl rayonunun Minbaşılı inzibati ərazi vahidliyinə aiddir. Düzənlikdə yerləşir. Yaşayış məntəqəsi XX əsrin 30-cu illərində Daş Veysəlli kəndindən ayrılmış bir qrup ailə tərəfindən Ağtəpə adlanan yerin yaxınlığında salınıb. Adını ərazidəki eyniadlı dağdan alıb.

1993-cü il avqustun 23-də Ermənistan ordusu tərəfindən işğal olunan Ağtəpəni Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 20-də işğalçılardan təmizləyib.  

Xəbər lenti
0