07:47 11 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0221
  • EUR2.0237
© Sputnik / Emin Alisahib / Kamilla Əliyeva

Media və QHT rəhbərləri, blogerlər Ağdamdakı dağıdılmış abidələri ziyarət edib, rayonda aparılan işlərlə tanış olublar. Ətraflı – videomuzda.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, bir qrup yerli media orqanı və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad olunmuş Ağdam rayonunda səfər ediblər.

Sputnik Azərbaycan-ın məlumatına görə, onları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib. Səfər iştirakçıları Ağdamın Baş Qərvənd kəndinin ərazisində yerləşən Bərdə-Ağdam dəmir yolu xəttinin ətrafının minalardan təmizlənməsi əməliyyatları ilə tanış olub, Uzundərə kəndində 1991-ci ildə salınmış II Şəhidlər xiyabanını ziyarət edib, Qarabağ xanlarının abidələr kompleksinə, Ağdamın “Qarabağ” futbol klubunun “İmarət” stadionuna və digər məkanlara baş çəkiblər. 

Teqlər:
Azərbaycan, Qarabağ, işğaldan azad edilmiş ərazilər, dini abidələr, tarixi abidələr, erməni vandalizmi, media, səfər, Ağdam

Digər videolar

Əsas mövzular