21:21 07 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
© Sputnik / Emin Babayev

Tərtərin Borsunlu kəndində minaya düşən şəxs tək olmayıb. Maraqlıdır ki, Niyaməddin Verdiyev qoyunlarını həmişə otardığı ərazidə yaralanıb.

Tərtərdə baş verən partlayışda zərərçəkənlərin sayı daha çox ola bilərmiş. Ancaq hadisə olan ərazidə bəxt iki qardaşdan birinin üzünə gülüb.

Xəbər verdiyimiz kimi, Borsunlu kəndi ərazisində kənd sakini, 1976-cı il təvəllüdlü Verdiyev Niyaməddin Hikmət oğlu mal-qara otararkən minaya düşüb. Nəticədə ağır yaralanan Niyaməddin Verdiyev Bərdə Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Xəstəxananın həkim-travmatoloqu Hafiz Əliyev Sputnik Azərbaycan-a bildirib ki, zərərçəkənin ayağı amputasiya olunub. 

"Hər iki aşağı ətrafların kor qəlpə yarası diaqnozu ilə Bərdə Mərkəzi rayon xəstəxanasının cərrahiyyə şöbəsinə gətirilib. Sağ aşağı ətrafın, baldırın orta üçdə bir hissəsinin travmatik amputasiyası həyata keçirilib. Hal-hazırda vəziyyəti orta ağır qiymətləndirilir", - həkim deyib.

Zərərçəkənin yaxın qohumu Cəmilə Ağalarova bildirib ki, hadisə baş verən zaman Niyaməddin Verdiyev qoyun otarırmış və hadisə yerindən bir qədər kənarda onun qardaşı Rafiq də olub:

"Heyvanlarını otarırmış, öz kəndimizdə. Minaya düşüb. Həmişə həmin ərazidə heyvan otarırdı. Öz yerimizdir. Nə bilərdik ki, belə olar? Qardaşı da yanında olub. Bir az aralıda olmasa, o da minaya düşərmiş. Niyaməddinin qardaşı görüb ki, nəsə partladı. Gedib, görüb ki, qardaşı minaya düşüb".

Qeyd edək ki, faktla bağlı Tərtər Rayon Prokrorluğu tərəfindən araşdırma aparılır.

Teqlər:
qardaş, mülki şəxs, partlayış, mina, Tərtər

Digər videolar

Əsas mövzular