Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

"Bayraktar" rekord vurdu - VİDEO

Abunə olmaq
Türkiyənin ilk milli PUA-sı 300 min uçuş saatını uğurla tamamlayaraq bu ölkənin aviasiya tarixində ən uzun müddət xidmət göstərən milli aviasiya vahidi olub

Türkiyənin ilk milli pilotsuz uçuş aparatı (PUA) "Bayraktar" TB2 300 min uçuş saatını uğurla tamamlayaraq bu ölkənin aviasiya tarixində yeni rekorda imza atıb. Sputnik Azərbaycan Anadolu Agentliyinə istinadla xəbər verir ki, beləliklə, "Bayraktar" öz sinfində göydə ən uzun müddət xidmət göstərən milli aviasiya vahidi olub.

Qeyd edək ki, Türkiyənin operativ-taktiki, orta yüksəklikdə uçan milli pilotsuz uçuş aparatı olan "Bayraktar" "Baykar Makina" şirkəti tərəfindən istehsal edilir. Bu PUA 2014-cü il iyunun 14-də həyata keçirilmiş uçuş sınağında 27,030 fut yüksəkliyə qalxıb. Həmin ilin 5-6 avqust tarixlərində 24 saat 34 dəqiqə ərzində uçuş həyata keçirib. Sistem 2015-ci ildə Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil edilib. "Bayraktar"dan Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi "Pəncə" əməliyyatlarında, Suriyadakı vətəndaş müharibəsində və İkinci Liviya vətəndaş müharibəsindəki müdaxilələr dövründə fəal şəkildə istifadə olunub. Bu sistemdən Türkiyə ordusundan başqa, Azərbaycan, Qətər və Ukrayna ordularında da istifadə olunur.

Xəbər lenti
0