19:39 25 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0697
Sputnik / Əsədova Səbinə

Bakının Qala qəsəbəsində XVIII əsrə aid tikili həyətdə kiçik etnik muzey-kafe yaradılıb. Muzeydə həmçinin milli mətbəx yeməkləri təklif edilən kafe də fəaliyyət göstərir.

Abşeron yarımadasındakı Qala qəsəbəsi qədim yaşayış məskənlərindən biridir. Qalada qədim dövrlərə aid çoxsaylı tikililər qalmışdır. Həmin tikililərin sırasında keçmişdə bir ailəyə məxsus olmuş həyət də var.

İndi isə dörd evdən ibarət olan həmin həyətdə “Qala Etno” muzey-kafe təşkil olunub. Burada qədimdə istifadə olunmuş çoxsaylı məişət və interyer əşyalarını görmək olar. Muzey-kafe öz qədim etnik atmosferi ilə ziyarətçilərin diqqətini cəlb edir. Burada tarixə səyahət etməklə yanaşı, milli mətbəximizin yeməklərinin və əsl məxməri çayın dadından həzz almaq olar.

Digər videolar

Əsas mövzular