03:25 07 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
© Sputnik / Zülfiyyə Quluyeva

"Rayon ərazisindəki 7 immunoprofilaktika məntəqəsinə öncədən yaşı 65-dən yuxarı olan, randevu götürmüş şəxslər yaxınlaşır və onların vaksinasiyası qaydalara uyğun şəkildə həyata keçirilir"

Bu gündən Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinə başlanılıb. Sputnik Azərbaycan-a Abşeron Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, yaşı 65 yaşdan yuxarı əhali arasında COVID-19 əleyhinə fevralın 8-dən başlanılıb. Xəstəxananın şöbə müdiri Xatirə Quliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, rayon ərazisindəki 7 immunoprofilaktika məntəqəsinə öncədən yaşı 65-dən yuxarı olan, randevu götürmüş şəxslər yaxınlaşır və onların vaksinasiyası qaydalara uyğun şəkildə həyata keçirilir. Onun sözlərinə görə, saat 13:00-a qədər peyvənd üçün randevu alan ahılların bir qismi COVID-19 əleyhinə vaksin olunub.

© Sputnik / Zulfiyya Guluyeva
Xəstəxananın şöbə müdiri Xatirə Quliyeva

Qeyd edək ki, ölkədə bu kateqoriyaya aid olan təqribən 700 000 vətəndaş var. Məlumat üçün bildirək ki, yaşı 65 yaşdan yuxarı randevu.its.gov.az internet ünvanında qeydiyyatdan keçmiş hər bir vətəndaş SMS məlumat göndərilərək peyvəndləşməyə dəvət olunacaq. "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na əsasən, ilk mərhələdə səhiyyə işçilərindən sonra 65 yaşdan yuxarı şəxslər və hüquq mühafizə orqanları tərəfindən əksepidemik tədbirlərə cəlb olunan heyət vaksinasiyası nəzərdə tutulub.

Teqlər:
Koronavirus, epidemiya, COVID-19

Digər videolar

Əsas mövzular