CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan və türk əsgəri yenə çiyin-çiyinə: çətin təlimlər başladı - VİDEO

Abunə olmaq
"Qış təlimi-2021"də Türkiyə Silahlı Qüvvələrinin bölmələri ilə yanaşı, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edirlər

Qars şəhərində keçirilən “Qış təlimi-2021” birgə təlimlərinin aktiv fazası başlayıb.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, təlimin senarisinə uyğun olaraq minaatan bölmələri aşkar olunan müxtəlif hədəfləri məhv ediblər.

Təlimlər fevral ayının 1-dən 12-dək keçiriləcək.

Qeyd edək ki, “Qış təlimi-2021”də Türkiyə Silahlı Qüvvələrinin bölmələri ilə yanaşı, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edirlər.

Xəbər lenti
0