00:45 08 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
© AR Ministry of Defence

Azərbaycanın Müdafiə Nazirliyi işğaldan azad edilən Füzuli rayonunun Yal Pirəhmədli kəndindən videogörüntülər yayıb.

Müdafiə Nazirliyi Füzuli rayonunun Yal Pirəhmədli kəndindən videogörüntülər yayıb.

Qeyd edək ki, Yal Pirəhmədli kəndi Füzuli rayonunda, Qarabağ silsiləsinin ətəyində yerləşir. Kənd rayon mərkəzindən 9 km məsafədədir. Bu yaşayış məntəqəsi 1993-cü ilin avqustunda ermənilər tərəfindən işğal olunub.

İşğala qədər kəndin əhalisi əsasən üzümçülük və heyvandarlıqla məşğul olurdu. Kənddə məktəb, klub və s. vardı.

Yal Pirəhmədli 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Sputnik Azərbaycan kənddən çəkilmiş yeni videogörüntüləri təqdim edir.

 

Digər videolar

Əsas mövzular