11:45 25 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0697
© AR Ministry of Defence

Zəngilan rayonunun Məmmədbəyli kəndindən videogörüntülər yayılıb. Videodan bəlli olur ki, bir vaxtlar tarixi abidələrlə zəngin olan kənddə araşdırma aparacaq insanların işi çətin olacaq.

BAKI, 29 yanvar — Sputnik. Zəngilan rayonunun Məmmədbəyli kəndindən videogörüntülər yayılıb.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir.

Bir versiyaya görə, Məmmədbəyli kəndi bura cənubdan gəlib Zəngəzur, Göyçə yaylaqlarına gedən bir şəxsin dayaq yeri imiş. Köç zamanı dünyasını dəyişdiyi üçün burada dəfn olunub və həmin şəxsin adı Məmməd bəy olduğu üçün Məmmədbəyli adlanıb. Kəndin tarixinin ən azı 700 il olduğu barədə məlumatlar var.

Kənddəki e.ə. 3-cü minilliyə təsadüf edən «Kum qaya» və başqa tarixi yerlər isə oraların daha qədim yaşayış məskəni olmasından xəbər verir. Hacı Qasımın nəvəsi, Azərbaycanın Əməkdar müəllimi Hacıyev Dadaş Mehdi oğlunun evinin yaxınlığında qırx metrə qədər uzunluğu olan və nə vaxtsa yaşayış üçün qazılmış torpaq sərdabə son zamanlara qədər dururdu. Həkəri çayının sol sahilində, kiçk təpəliklər üzərində salınmış Məmmədbəyli kəndində tarixin sınaqlarından çıxmış ocaqlar, pirlər var idi. Həmin ocaqlardan biri "Yel piri", yaxud "Şam piri" adlanırdı. Kimdə "yel" - revmatizm xəstəliyi olsa, bura pənah gətirər, şam yandırar, xəstəliyi üçün şəfa istəyərdi.

Kəndin kənarında qaya və təpəliklərin üstündə çox nadir ağaclar bitirdi. Onlardan biri də dağdağan ağacı idi. Kənd camaatı həmin ağaclara sitayiş edər, xüsusilə bahar bayramlarında gedib dilək diləyər, onun budaqlarına müxtəlif çeşidli parçalar, yaylıqlar bağlayardılar. Heç kəs onları açıb götürməz, istəklərinin bu yolla həyata keçəcəyinə inanardılar.

Məmmədbəylinin qəbristanlığı ilə Zərnəli və Havalı kəndlərinin qəbristanlığı bir yerdə - bu kəndlərin arasında yerləşən və böyük ərazini əhatə edən yüksəklikdə salınmışdı. Burada qoç şəkilli qəbir daşlarına təsadüf edilirdi ki, bu da ya orada məskən salıb yaşayanların maldarlıqla məşğul olduqlarından, ya da nə vaxtsa onu totem kimi qəbul etmələrindən xəbər verir. Kənd qəbristanlığında hamı tərəfindən sınanılmış və inanc yerinə çevrilmiş seyidlər dəfn olunmuşdular. Onlardan Seyid Bəxşəli ağa ilə Seyid Gülzarın qəbirləri camaatın inam yerinə çevirilmişdi. Adamlar tez-tez buraya nəzir qoyar, diləklərinin çin olmasını, arzularının həyata keçməsini arzulayardılar.

Məmmədbəyli kəndi 29 oktyabr 1993-cü ildə işğal olunub.

2020-ci il sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən yaşayış məntəqələrinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüblər.

Azərbaycan Ordusu əks-hücum əməliyyatı başlayandan sonra 44 gün ərzində Qarabağımız düşmən tapdağından azad olunub. Zəngilanın Məmmədbəyli kəndi oktyabrın 20-də erməni işğalçılarından təmizlənib.

Teqlər:
erməni vandalizmi, tarixi abidə, Müdafiə Nazirliyi, video, Qarabağ, kənd, Zəngilan

Digər videolar

Əsas mövzular