Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Bakıda hər kəsi valeh edəcək qalereya açılıb - VİDEO

Abunə olmaq
Bakının mərkəzində Azərbaycan milli incəsənətinin nadir nümunələri ilə zəngin olan kiçik bir qalereya açılıb.

Kolleksiya Azərbaycanın müxtəlif bölgələrindən 10 ildən artıq müddətdə toplanıb bir araya gətirilmiş eksponatlardan ibarətdir.

Təqdim olunan ekspozisiyada tarixi əhəmiyyətə malik 4000-dən artıq rəngarəng eksponata rast gəlmək mümkündür. Məsələn, XVI əsr Səfəvilər dövrünə aid parça nümunələri, habelə güləbətin üslubu ilə işlənmiş Quran qablarını da burada görmək olar.

Zamana səyahət: Bakı Xan Sarayı qonaq gözləyir >>

Kolleksiyaçılar gənclərimizin milli incəsənət nümunələri, qədim tikiş üsulları və milli geyimlərlə yaxından tanış olmalarına xüsusi diqqət yetiriblər. Yaxın vaxtlarda qalereyada şou-rumun açılması da gözlənilir. Burada kolleksiyaçıların əl işləri ilə tanış olmaq olar.

Sputnik Azərbaycan-ın çəkiliş qrupu qalereyada olub. Ətraflı videomuzdan izləyin.

Xəbər lenti
0