07:10 05 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0484
© Photo : RUSSIAN DEFENCE MINISTRY

Rusiya sülhməramlıları müşahidə postlarını "Blokpost" fortifikasiya istehkamları ilə təchiz ediblər.

BAKI, 25 yanvar — Sputnik. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə yerləşdirilən Rusiya sülhməramlıları ərazidəki müdafiə-müşahidə məntəqələrində müntəzəm olaraq antiterror təlimlər keçirirlər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Məlumatda bildirilir ki, Rusiya sülhməramlıları müşahidə postlarını "Blokpost" fortifikasiya istehkamları ilə təchiz ediblər. Bu istehkam qurğuları hərbçiləri atıcı silahlar və qəlpələrdən qorumaq, həmçinin yaxınlıqdakı ərazini dairəvi müşahidə etmək imkanı verir", - deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Qeyd olunur ki, postun iki yeni infrastrukturu iki yaşayış modulundan, yemək hazırlamaq üçün blok moduldan, eyni zamanda daimi elektrik enerjisi verən nəqliyyat və texnoloji moduldan ibarətdir. Bütün modullar məişət texnikası, elektrik cihazları, istilik və kondisioner sistemləri ilə təchiz olunub.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Teqlər:
video, təlim, sülhməramlılar, rus, Azərbaycan, Qarabağ

Digər videolar

Əsas mövzular