13:32 26 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
© Sputnik / Ibrahim Hashimov / Kamilla Əliyeva

Şəmsəddin Atayevin kəndi işğal olunanda nəsli kəsilməsin deyə Qarabağ atlarını Bakıya gətirib. Ətraflı videomuzda izləyin.

Əslən Kəlbəcərdən olan Şəmsəddin Ağdamda doğulub və Qarabağ atlarını saxlamaq həvəsi də onda uşaqlıqdan yaranıb. Onun atası da 1948-ci ildən Qarabağ cinsindən atları yetişdirib. Şəmsəddin Atayevin sözlərinə görə, onların at ilxısı Ağdamın Eyvazxanbəyli kəndində olub. 1993-cü ildə kənd işğal olunandan sonra həmin Qarabağ atlarını Bakıya gətirib və Cıdır meydanında saxlamağa başlayıb.

Hazırda burada 8 baş Qarabağ atı var. Onlara qulluq göstərənlər də Şəmsəddin Atayevin qardaşı, eləcə də özünün və qardaşının övladlarıdır. Təsərrüfat sahibi deyir ki, Qarabağ atlarına xüsusi qulluq olunmalıdır. Bu atlar rənginin dəyişməməsi, sahibinə sadiqliyi və bir sıra xüsusiyyətlərinə görə də digər cinslərdən fərqlənir.

Şəmsəddin Atayevin niyyəti Eyvazxanbəyli kəndinə qayıtmaq və orada kürən Qarabağ atlarını yetişdirməkdir.

"Nəsil olaraq bizim peşəmiz budur. Tezliklə Ağdama qayıdacağıq və bu işlə məşğul olacağıq. Qarabağ atlarını Qarabağda yetişdirəcəyik tezliklə", - atların sahibi Şəmsəddin Atayev deyib.

Atayevlərin "Köhlən" adlı komandaları da var ki, bu komanda ilə yarışlarda uğur da qazanıblar.

Digər videolar

Əsas mövzular