Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Şahbaz Quliyev və Dilqəm Əsgərovun girov düşdüyü kənddən yeni videogörüntülər

Abunə olmaq
Azərbaycanın Müdafiə Nazirliyi 2014-cü ildən erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun doğma kəndindən videogörüntü paylaşıb.

Azərbaycanın Müdafiə Nazirliyi işğaldan azad edilmiş Kəlbəcər rayonu, Şaplar kəndinin yeni videogörüntülərini paylaşıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Şaplar kəndi 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

25 noyabr 2020-ci il tarixində noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanata əsasən Şaplar kəndi də daxil olmaqla Kəlbəcər rayonu işğaldan azad edilib.

Qeyd edək ki, işğal altında olan Şaplar kəndində 2014-cü il iyulun 11-də erməni xüsusi təyinatlıları tərəfindən keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı bir azərbaycanlı öldürülüb, Şahbaz Cəlal oğlu Quliyev və Dilqəm Qardaşxan oğlu Əsgərov adlı iki azərbaycanlı isə girov götürülüb. Onlara cinayət işi açılıb.

Beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların "hamının hamıya" prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub. Cari il dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılıb. Azərbaycan vətəndaşları olan əsir və girovların, o cümlədən 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilib.

Kəlbəcər rayonu, Şaplar kəndinin yeni videogörüntülərinə Sputnik Azərbaycan-da baxa bilərsiz. 

Xəbər lenti
0