QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qubadlı rayonunun Muradxanlı kəndindən yeni kadrlar paylaşılıb

Abunə olmaq
Bu gün Müdafiə Nazirliyinin rəsmi saytında Qubadlı rayonunun Muradxanlı kəndindən videogörüntülər paylaşılıb. 

BAKI, 9 yanvar - Sputnik. Müdafiə Nazirliyi işğaldan azad edilmiş kəndlərin videogörüntülərini yaymaqda davam edir. Bu gün qurumun rəsmi saytında Qubadlı rayonunun Muradxanlı kəndindən videogörüntülər paylaşılıb. 

Qeyd edək ki, Muradxanlı kəndi 1 noyabr 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilib. Ermənilərin silahlı basqını nəticəsində kənddə 5 nəfər həlak olub, 8 nəfər yaralanıb. 

Muradxanlı kəndi 2020-ci ilin 2 noyabrında - tam 28 il sonra işğaldan azad edilib. Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla həmin kənddən çəkilmiş videogörüntüləri təqdim edir.

Xəbər lenti
0