16:49 26 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
© Sputnik / Leyla Abdullayeva / Kamilla Əliyeva

44 günlük Vətən müharibəsində adını tarixə yazdıran igidlərimizdən biri də İmran Məmmədlidir. Ətraflı videomuzda izləyin.

İmran Məmmədli Beyləqan rayonununun Birinci Şahsevən kəndində dünyaya gəlib. Hələ uşaqlıqdan mehribanlığı, tərbiyəsi ilə seçilən İmran bütün qonşuların, qohumların böyük sevgisini qazanıb. Şəhidimiz hələ məktəbdə oxuyanda döyüş sənəti ilə məşğul olub. Döyüş sənəti üzrə peşəkar idmançı idi. Özü də, yetişdirdiyi şagirdləri də dəfələrlə yarışlarda birincilik qazanmışdılar.

Şəhidlik zirvəsinə yüksələndən sonra döyüş yoldaşları onun qəhrəmanlığı barədə söhbət açıb, onun itkisinin onlar üçün ağır olduğunu bildiriblər. İmran ömrünün on yeddi ilini Vətəninə xidmət edən, məxfi tapşırıqları yerinə yetirməkdə xüsusi bacarığı ilə fərqlənən peşəkar kəşfiyyatçı olub.

Oktyabrın 26-da İmran böyük qardaşı Rəşada zəng eləyərək ağır döyüşdən çıxdığını və düşmənin arxasına keçdiyini demişdi. O, birinci dəfə deyildi düşmən arxasına keçirdi. Qarabağ torpağını əlinin içi kimi tanıdığından həmişə düşmən arxasında məxfi tapşırıqları yerinə yetirirmiş. İşindən danışmağı sevməz, söz düşəndə zarafata salıb, üstündən keçərdi.

Açıq döyüşdə İmranla üz-üzə gəlməkdən qorxub pusquda gizlənmiş mənfur düşmən onu snayperlə vurmuşdu. İmranı tapanda görüblər ki, avtomat darağı boşdur. Son gülləsinə qədər vuruşubmuş...Və 1 ay sonra noyabrın 25-də İmranın şəhid xəbəri gəlir.

İmran Cahangir oğlu Məmmədli “Vətən uğrunda” medalı ilə təltif edilib.

Şəhidimiz ailəlidir 4 övladı var.

Digər videolar

Əsas mövzular