Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Müdafiə Nazirliyi Zəngilan rayonundan yeni videogörüntülər yayıb

Abunə olmaq
Zəngilan şəhəri oktyabrın 20-də, bütövlükdə rayon isə noyabrın 7-dək erməni işğalçılarından təmizlənib.

BAKI, 7 yanvar — Sputnik. Müdafiə Nazirliyi Zəngilan rayonundan yeni videogörüntülər yayıb.

Videoda çox az sayda binanın salamat qaldığı  görünür.

Xatırladaq ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən yaşayış məntəqələrinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüblər.

Azərbaycan Ordusu əks-hücum əməliyyatı başlayandan sonra 44 gün ərzində Qarabağımız düşmən tapdağından azad olunub. Zəngilan şəhəri oktyabrın 20-də, bütövlükdə rayon isə noyabrın 7-dək erməni işğalçılarından təmizlənib.

Xəbər lenti
0