Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Fincanlar üzərində qar adamları: əl işi kreativ hədiyyə - video

Abunə olmaq
Yeni il – dostlarımızı və yaxınlarımızı orijinal hədiyyələrlə təəccübləndirmək üçün əla fürsətdir. Azərbaycanlı usta xanımın öz əllərinizlə hazırlaya biləcəyiniz hədiyyələrə bağlı tövsiyələrini videomuzda izləyin.

Polimer gili əl işində ən yaradıcı və qeyri-adi üsullardan biri hesab etmək olar. Məhz bu günlərdə hər zamankından daha çox isti çay içildiyini nəzərə alaraq, ustalar sizə xüsusi fincanlar hazırlamağı təklif edirlər.

Öz əl işiniz olan Yeni il çələngi ilə evinizə bayram əhval-ruhiyyəsi bəxş edin - Sputnik Azərbaycan
VİDEO
Öz əl işiniz olan Yeni il çələngi ilə evinizə bayram əhval-ruhiyyəsi bəxş edin

Yeni ildə isə bu cür fincanlar gözəl əhval-ruhiyyə bəxş edən qeyri-adi hədiyyə sayıla bilər.

Azərbaycanlı usta xanım Şamiya Quliyeva Yeni il üçün qardan adam təsvirli fincanlar yaradır. Polimer gilin digər materiallardan fərqi odur ki, ondan hazırlanan məmulatlar uzunmüddətli olur. Həmin əşyaların bizə daha çox xidmət edə bilməsi üçünsə onları sobada yüksək temperaturda bişirirlər.

Usta xanımın qeyri-adi fincan kompozisiyalarını necə yaratdığını bizim videoda izləyə bilərsiniz.

Xəbər lenti
0