15:50 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
© Sputnik / Rahim Zakiroğlu / Leyla Orucova

İkinci Qarabağ müharibəsinin başlaması ilə mayor Rəhimovun ən böyük arzusu reallaşıb. O, əsgərləri ilə çiyin-çiyinə Şuşanın azad edilməsində iştirak edib. Qəhrəmanın şanlı döyüş tarixçəsini videomuzda izləyin.

Xüsusi təyinatlı dəstənin komandiri, mayor Zaur Rəhimov Vətən müharibəsinin başladığı ikinci gündə Murov istiqamətində gedən döyüşlərdə boynundan qəlpə yarası alıb. Əməliyyat olunduqdan sonra heç on gün keçməmiş qəhrəman mayor yenidən döyüşlərə qatılıb, bu dəfə Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə, Hadrut rayonunun və bir sıra kəndlərin alınmasında iştirak edib.

Ayağını itirdiyi halda yenidən cəbhəyə can atan qazi – video
© Sputnik / Leyla Abdullayeva / Leyla Orucova

Sonuncu dəfə isə Şuşada düşmənin Xankəndi istiqamətindən gələn iki bölməsinin qarşısını alarkən yaralanıb. Mayor xatirələrini bizə danışarkən bu müharibə ərzində görülməmiş qəhrəmanlıq nümunələrinin şahidi olduğunu bildirib.

“Düşmənin üzərinə əlbəyaxa döyüşərək və kiçikçaplı silahlarla hücuma keçərək biz Şuşanı azad etdik. Ruh yüksəkliyi vardı. Yaralı əsgərlərimiz belə, yaralı halda döyüşürdülər. Mən elə hərbi qulluqçu görürdüm ki, avtomatla belə tanka atəş açırdı”, - deyərək mayor Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə bölüşüb.

Rəhimov etiraf edib ki, bu 44 gün ərzində ailəsi üçün olduqca darıxsa da, ilk növbədə bütün hərbçilərinin yalnız vətən haqqında düşündüklərini deyib. Ailədən söz düşmüşkən, qəhrəman qazi 7 qardaşın ən kiçiyidir. Yeddi qardaşdan beşi Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmanca iştirak edib.

Digər videolar

Əsas mövzular