23:34 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

Bu gündən etibarən Abşeronun üç fərqli yerində “Kənddən Şəhərə” Qış yarmarkası öz qapılarını alıcılara açır. Yarmarkanın sərt karantin şərtləri altında necə fəaliyyət göstərdiyini videomuzda izləyin.

Bu il bir çox ənənəvi Yeni il yarmarka və şənlikləri pandemiya səbəbindən təşkil edilmir. Amma sərt karantin şərtlərinə baxmayaraq, “Kənddən Şəhərə” qış yarmarkası bu dəfə də fəaliyyət göstərir.

Yarmarkanın əsas məqsədi sakinləri Yeni il süfrəsi üçün təbii kənd təsərrüfatı və qida məhsulları ilə münasib qiymətlərlə təmin etməkdir. Şəhərdə yalnız aptek və supermarketlərin işlədiyini nəzərə alsaq, bu yarmarkalara gediş gündəlik həyatımıza yenilik və rəng qatacaq.

Təbii ki, yarmarkanın işi də sərt karantin rejiminin tələblərinə uyğun qurulub. Belə ki, yarmarkanın baş tutduğu ərazilərdə mütəmadi olaraq dezinfeksiya işləri həyata keçiriləcək, tibbi-profilaktik vəziyyətə, o cümlədən vətəndaşlar arasında sosial məsafənin saxlanılmasına xüsusi nəzarət ediləcək. Həmçinin, fermerlərin və yarmarkanı ziyarət edən vətəndaşların temperaturları ölçüləcək, yarmarka ərazisində dezinfeksiyaedici məhsullar yerləşdiriləcək, fermerlər zəruri tibbi ləvazimatlarla (tibbi maska, əlcək, spirt və s.) təmin olunacaqlar.

Qeyd edək ki, yarmarka Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən təşkil edilib və ayın sonuna qədər Binəqədi rayonu, Süleyman Sani Axundov 5B, Gənclik metro stansiyasının yanı və Xırdalan şəhəri, Heydər Əliyev prospekti 41A ünvanlarında açıq olacaq.

Digər videolar

Əsas mövzular