QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İlham Əliyev Dağlıq Qarabağın gələcəyinin asılı olduğu faktorları açıqlayıb

Abunə olmaq
MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində Prezident İlham Əliyev Dağlıq Qarabağın gələcəyinə dair fikirləri ilə bölüşüb. Daha ətraflı videoda izləyin.

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü 18 dekabr tarixində Özbəkistanın sədrliyi ilə videokonfrans rejimində keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında iştirak edib.

Ağdamı bir güllə atmadan azad etdik: İlham Əliyev və Mehriban Əliyevanın Ağdam səfəri - Sputnik Azərbaycan
VİDEO
Ağdamı bir güllə atmadan azad etdik: İlham Əliyev və Mehriban Əliyevanın Ağdam səfəri

Dövlət başçısı iclas iştirakçılarını ölkədə koronavirusla mübarizənin necə aparıldığı barədə məlumatlandırıb və İkinci Qarabağ müharibəsi haqqında ətraflı danışıb.

 “Regionun gələcəyi Ermənistan dövlətinin vəziyyəti necə düzgün qiymətləndirə biləcəyi və sülhün uzunmüddətli və davamlı olması üçün düzgün addımlar ata biləcəyindən asılıdır”, - deyə Prezident İlham Əliyev bəyan edib.

İştirakçılar MDB çərçivəsində siyasi, ticari-iqtisadi, sosial və mədəni sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini, habelə koronavirus infeksiyasının yayılması əleyhinə birgə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

İclasın sonunda MDB məkanının gələcək inkişafı üzrə yenilənmiş Konsepsiya təsdiq edilib, BMT-nin yaradılmasının 75 illiyi münasibətilə birgə bəyanatlar və bir sıra digər sənədlər qəbul edilib.

Xəbər lenti
0