Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Qarabağı dirçəltmək vaxtıdır! Müəllimlərimizdən vətənpərvər təşəbbüs – video

Abunə olmaq
Sosial şəbəkələrdə Azərbaycanlı müəllimlərin müraciətlərinin maraqlı videosu yayılıb. Ağstafanın kənd müəllimlərinin nəyi arzuladığını videomuzda izləyin.

Ağstafa rayon müəllimləri tərəfindən sosial şəbəkələrdə maraqlı video müraciət yayımlanıb. Onlar yekdilliklə günü sabah Qarabağa köçüb, pedaqoji fəaliyyətlərini orada davam etdirməyə hazır olduqlarını bildiriblər. Bu videodan sonra Sputnik Azərbaycan-ın bölgə müxbiri müxtəlif kənd müəllimləri ilə əlaqə saxlayıb. Onlar öz arzularını yenidən bəyan edib, beləliklə gələcək nəsillərimizin təhsilinə öz töhfələrini vermək istəyini bir daha vurğulayıblar.

Yeni Gün kəndində ingilis dili müəllimi Arzu Xəlilova Azərbaycan Ordusunun işğal altında olan torpaqlarda uğurla irəlilədiyini görəndə, öz fəaliyyətini Xankəndində davam etdirmək üçün müraciət edib. Eyni zamanda, Azərbaycan dili və ədəbiyyatı müəllimi Aydən Məmmədova isə azad edilmiş Cəbrayıla köçmək arzusunu dilə gətirib.

“Cəbrayıl rayonunun kənd və qəsəbələri çoxdur. Yəqin ki, orada müəllimlərə ehtiyac yaranacaq. Mən də orada Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi işləməyə hazıram. İnşallah, mənim arzum çin olar”, - deyə Məmmədova bizə danışıb.

Bu gün təkcə müəllimlər deyil, bütün sahələrdə birlik, həmrəylik nümayiş olunur. Məhz bu birlik və həmrəyliyin nəticəsi olaraq ordumuz Qarabağı işğaldan azad etdi. İndi Qarabağımızın dirçəldilməsi, şəhər və kəndlərimizin abadlaşdırılması və yenidən qurulması zamanıdır.

Xəbər lenti
0