15:26 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

Bakıda və paytaxtın girişində karantin postları quruldu. Azərbaycanda karantin rejimi yenidən sərtləşdirildi. Pik saatlarında paytaxtda nə baş verir – videoda izləyin.

Bakıda və Azərbaycanın bir sıra digər şəhər və rayonlarında evdən çıxmaq üçün yenidən SMS-icazə sistemi tətbiq olundu.

Yaşayış yerlərini tərk etmək üçün icazəsi olmayanlara qarşı qanunvericiliyə uyğun tədbirlər görülür. Şəhərin müxtəlif yerlərində karantin postları ilə yanaşı, Daxili İşlər Nazirliyi əməkdaşlarının səyyar postları da fəaliyyət göstərir.

Və yenə paytaxtın mərkəzində, xüsusilə axşam saatlarında böyük tıxaclar müşahidə olunur. SMS-icazə sisteminin tətbiqinə baxmayaraq, ictimai nəqliyyatdan istifadə edənlərin sayı azalmayıb. Avtobuslar gec gəlir, insanlar içəri doluşur və çox vaxt məsafə gözləmək mümkün olmur.

Xatırladaq ki, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonuna, həmçinin Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Bilasuvar rayonlarına (kəndlər və qəsəbələr istisna olmaqla) hərəkət məhdudlaşdırılıb.

Digər videolar

Əsas mövzular