QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan belə oğullar yetişdirir: əsgər özünü qumbaranın üstünə ataraq tağımı xilas edib

Abunə olmaq
Şəkili əsgərin bu qəhrəmanlığını filmlərdə belə görsək, buna inanmazdıq. Azərbaycan əsgəri öz tağımını xilas etmək üçün ölümü belə gözə almağa hazırdır. Daha ətraflı videomuzda izləyin.

44 günlük Vətən müharibəsinin qızğın döyüşlərindən birində qəhrəman əsgərlərimizdən biri, Tərlan Həsənov ondan artıq döyüş yoldaşını xilas edib. O, düşmən qumbarasının üzərinə atılıb və özü möcüzəvi şəkildə sağ qala bilib. Hal-hazırda əsgər Həsənov hərbi xidmətini davam etdirir.

Qəhrəmanımız Şəkinin Baş Zəyzid kəndində doğulub. Hərbi xidmətdə hər zaman fəallığı ilə seçilib. Onun etdiyi qəhrəmanlıq isə müharibə dövründə tarixə düşən ən böyük hadisələrdən biridir.

Qeyd edək ki, əsgər fəxri fərman və məzuniyyətlə mükafatlandırılıb.

Xəbər lenti
0