QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qələbə Paradına lap az qalıb: Bakı ilin ən önəmli tədbirinə necə hazırlaşır – video

Abunə olmaq
Bakı Vətən Müharibəsində Qələbəyə həsr edilmiş 10 dekabrda keçiriləcək hərbi parada hazırlaşır. Şəhərin mərkəzində nələrin baş verdiyini videomuzda izləyin.

Bakı hərbi paradına hazırlaşmağa davam edir. Azadlıq meydanında xüsusi konstruksiyalar qurulur, Azneft dairəsində isə Azərbaycan bayrağının rənglərində konstruksiya üçün montaj işləri aparılır.

Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.

Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.

Xəbər lenti
0